https://youtu.be/dpVQ9G81y0s

Çəltik əkininə maraq azalır

16 2018 14:46


Ağdaş çəltik sahələrinin çoxluğuna görə həmişə fərqlənən rayonlardan olub. Amma builki mənzərə fərqlidir. Fermerlərin çəltik əkininə marağı azalıb. Bu da səbəbsiz deyil. Səbəbini sıradakı süjetimizdən biləcəksiniz. Ağdaş rayon Kotanarx kənd sakini, Camal İsrafilov bu il ötən ilkindən az sahədə çəltik əkəcək. Çəltikçi yığılan məhsulun qurudulmasında çətinlik çəkdiyindən bu addımı atır. Digər fermerləri isə tək qurutma yerləri, yox, həm də texnika məsələsi narahat edir. Çəltikçilər elit toxumlara da ehtiyac duyurlar. Bu səbəbdən də toxumu özləri tutmalı olurlar. Ağdaş rayon kənd təsərrüfatı idarəsində də fermerlərin çətinliklərindən xəbərdardırlar. Lazımi qurumlar da məsələ ilə bağlı məlumatlandırılıb. Ötən il Ağdaş rayonunda 2454 hektar sahədə əkilən çəltikdən ümumilikdə, 33.6 sentiner məhsul əldə edilib ki, bu da 8 min ton xam məhsul və ya 6 min tondan yuxarı xalis düyü deməkdir. Lakin yaranan çətinliklər səbəbindən bu il göstəricilərin aşağı olacağı proqnozlaşdırılır.