https://youtu.be/dpVQ9G81y0s

Köhnə şinlərin yaratdığı təhlükə

17 2018 18:08


Avtomobillərində köhnə şinlərdən istifadə edən sürücülər çoxalıb. İndi bəzi sürücülər köhnə şinlərdən istifadəyə üstünlük verirlər. Satıcılar deyir ki, təzə şinlərin baha olması sürücüləri belə bir addım atmağa vadar edir. Təkər təmirçiləri də belə deyir. Onların sözlərinə görə, təmir işləri apararkən şinlərin köhnə olması ilə qarşılaşırlar. Əslində isə köhnə şinlərdən istifadə məsləhət görülmür. Çünki belə şinlər sürücülər və sərnişinlərin həyatı üçün təhlükəlidir. Avtomobillərdə təzə şinlərdən istifadə olunmalıdır. Dövlət yol polisi əməkdaşları avtomobillərdə köhnə şinlərdən istifadənin qəzalara gətirib çıxartdığını deyirlər. İstismar müddətini başa vuran şinlərdən istifadəyə görə 50 manat cərimə nəzərdə tutulur.