https://youtu.be/dpVQ9G81y0s

Həkimlər həyacan təbili çalır!

18 2018 18:12


Uşaqlar və böyüklər arasında skalioz olanların sayı artır. Həkimlər həyəcan təbili çalır. Valideynlər diqqətli olmalıdır. Həkimlərin sözlərinə görə, indi hər 1000 uşaqdan 100-ü skaliozdan əziyyət çəkir. Xəstəliyə 6-15 yaşlı uşaq və yeniyetmələrdə, 18-25 yaşlı gənclərdə daha çox rast gəlinir. Həkimlər bildirir ki, gələcəkdə skaliozlar yaranmasın deyə uşaqlar körpə yaşlarından nəzarətdə saxlanılmalıdr. Bu işin məsuliyyəti isə anaların üzərinə düşür. Məktəb yaşlı uşaqlarda isə skaliozun yaranma səbəbləri qida pozğunluğu, qeyri-aktiv həyat tərzi, əksər hallarda oturaq vəziyyətdə olmaqdır. Eyni zamanda d vitamini çatışmazlığıdır. Həkimlər valideynlərə səslənir. Həkimə vaxtında müraciət edin ki, skaliozlar daha da ağır forma almasın. Dərəcəsindən asılı olaraq bu xəstəliyin müalicəsində müxtəlif üsullardan istifadə edilir.