https://youtu.be/dpVQ9G81y0s

Həkimlər həyəcan təbili çalır

23 2018 01:43

Azyaşlıların eynəklərdən istifadəsi halları artır. İndi görmə zəifliyi olan uşaqlara daha çox rast gəlinir. Həkimlər valideynlərə səslənir. Diqqətli olun! Əks halda yaranan bu kimi bəzi xəstəliklərin müalicəsi üçün əməliyyat lazım gələ bilər. Eynək istifadəçisi olan azyaşlıların sayı artır. Oftolmoloqların sözlərinə görə, hazırda əsasən 3-7 və 12-13 yaşlı uşaqlar eynəklərdən daha çox istifadə edirlər. Müəllimlər də məktəb yaşlı uşaqlar arasında görmənin zəiflədiyi və eynəklərə daha çox ehtiyaclarının yarandığını bildirirlər. Həkimlər uşaqlarda görmə zəifliyinin yaranmasında birinci valideynləri günahlandırırlar. Azyaşlıları diqqətdə saxlamaq və həkimə vaxtında müraciət etmək lazımdır ki, uşaqlar eynək asılılığına düşməsin. Gözlərin yüklənməsinin qarşısı alınmazsa, eynək asılığında olan azyaşılıların sayı daha da arta bilər. Uşaqların qidalanmasına diqqət yetirilməli və müəyyən zərərli şüalardan qorunmalıdır. 2 yaşına qədər uşaqlara kompyuterə baxmaq qəti qadağandır.  Həkimlər bildirir ki, uşaqların gözlərinin həddən artıq yüklənməsi onların psixoloji durumuna da mənfi təsir göstərir.