https://youtu.be/dpVQ9G81y0s

Camışların baş sayı azalır

24 2018 02:02

Son illər Aran bölgəsində camışların baş sayında azalma müşahidə olunur. Fermerlə bunu camışların bəslənməsi üçün münbit şəraitin olmaması ilə əlaqələndirirlər. Axmaz su hövzələrinin, gölməçələrin azalması camışçılığın inkişafına mənfi təsir göstərir. Camışların baş sayı azalır. Misal üçün, fermer Müsibət Kərimovun təsərrüfatında əvvəllər 10 baş camış olduğu halda indi bu say yarıya qədər enib. Digər təsərrüfatlarda da oxşar vəziyyət müşahidə edilir. Fermerlər gölməçələrin qurumasının səbəbini əkin sahələrinin genişləndirilməsi, suvarma və dren kanalların çəkilməsi ilə əlaqələndirir. Camışların may ayından sentyabrın ortaralarına kimi gölməçələrdə saxlanması vacibdir. Əks halda bu canlıları təhlükəli xəstəlik yaxalaya bilər. Fermerlər deyir ki, geriləməkdə olan camışçılıq əslində səmərəli sahədir. İqtisadi cəhətdən əlverişli sayılan bu sahə hesabına təsərrüfatçılar daha çox gəlir götürə bilərlər. Mütəxəssislər Aran bölgəsində camışların baş sayının azaldığını deyirlər. Əvvəllər camışlar iribuynuzluların 50 faizini təşkil edirdisə indi bu göstərici 10 faizə qədər azalıb. Yalnız dövlət dəstəyi hesabına camışçılığı geri qalmaqdan xilas etməyin mümkün olduğu bildirilir.  Mütəxəssislərin sözlərinə görə, camışların bəslənməsi də digər iribuynuzululara nisbətən ucuz başa gəlir. Həm də bu heyvanlar yoluxucu və qan parazitar xəstəliklərinə qarşı davamlı olur.