https://youtu.be/dpVQ9G81y0s

Sarımsağın qiyməti aşağıdır

29 2018 02:08

Ötən il bir kiloqramı 5-6 manat idi. İndi isə 70-80 qəpikdir. Söhbət sarımsaqdan gedir. Fermerlər əkib becərdikləri məhsulu yüksək qiymətə sata bilmirlər. Bu da təsərrüfatçıların gəlir götürmək imkanlarını sıfıra endirir. Bu il 35 hektar sahədə sarımsaq əkən Elmir Mehdiyev müasir becərmə üsullarından istifadə edərək hər hektara 10-11 ton məhsul əldə edib. Sahibkar deyir ki, məhsul keyfiyyətli olsa da qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə çox aşağıdır. Ötən il hər kiloqramı 5-6 manata satılan sarımsağın builki qiyməti yüksək gəlir götürmək ümidində olan digər fermerlərin də arzusunu gözündə qoyub. Məhsulu aşağı qiymətə satmaq sahibkarlara sərf etmir. Çünki çəkilən xərc çıxarılmır. İndi təsərrüfatçılar çıxış yolu kimi məhsulu satmayaraq müəyyən müddətə qədər saxlamaq məcburiyyətində qalıblar. “Bəlkə qiymət yenidən qalxa” ümidi ilə yaşayırlar. Lakin indiki halda mütəxəssislər yaxın gələcəkdə sarımsağın qiymətinin yüksələcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər.