https://youtu.be/dpVQ9G81y0s

Qırx kiloqramı 2 manat 50 qəpiyə olan məhsul

30 2018 14:48

Beyləqanda soğan əkən fermerlərin məhsulları sahələrdə qalıb. Alıcının  olmaması qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. İndi təsərrüfatçılar çıxış yolu axtarır.

Uzun illərdir ki soğan əkinçiiliyi ilə məşğul olan Beyləqan rayon Türklər kənd sakinləri əsas gəlir mənbəyi kimi bu sahəni seçsələr də indi alıcı qıtlığı yaşayırlar. Təsərrüfatçılar deyir ki, soğanı nə alan, nə də soraqlayan var. Bu amil qiymətlərin də düşməsinə təsir göstərib. Təsərrüfatçıların sözlərinə, belə bir vəziyyətlə üzləşmələrinə səbəb məhsulun bol olmasıdır.

Məhz bu səbəbdən də təsərrüfatçılar məhsulun müəyyən hissəsini yığmayaraq elə sahələrdə saxlayırlar. Nəticədə isə sahələrdə qalan məhsulun zay ola biləcəyini deyirlər. İndi fermerlər çəkilən xərcləri çıxara bilməyəcəklərindən narahatdır.

Beyləqan rayon kənd təsərrüfatı idarəsindən bildirilir ki, keçən il soğan yaxşı qiymətə satıldığından fermerlər bundan ruhlanaraq bu il əkin sahələrini bir az da genişləndiriblər. Məhsul çox olduğundan da belə bir vəziyyət yaranıb. Rayon kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən Xaliq Məmmədovun sözlərinə görə, çıxış yolu məhsulun xarici bazarlara ixracıdır.

Beyləqan rayon kənd təsərrüfatı idarəsindən o da bildirildi ki, hazırda rayon ərazisində tutumu 6500 ton olan soyuducu anbar fəaliyyət göstərir. Təsərrüfatçılar satmaqda çətinlik çəkdiklərin məhsulu həmin anbarda saxlaya bilərlər.