https://youtu.be/dpVQ9G81y0s

Avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək

31 2018 17:22


Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda son tamamlama işləri aparılır. Hazırda yola sonuncu asfalt örtüyü vurulur. Yolun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda əsaslı təmiri işləri başa çatmaq üzrədir. Sonuncu 5 santimetrlik aşınma üzlüyü çəkilir. Yolun təmiri zamanı nəzərdə tutulan heyvan keçidləri, körpülər artıq tam hazırdır. Yolboyunca yerləşən bütün yaşayış məntəqlərinin ərazisində müasir tələblərə cavab verən 21 avtopavilyon da inşa edilir. Yol yatağının yağış sularından qorunmasına xüsusi diqqət yetirilir. Sürücülər bildirir ki, getdikcə əvvəlki bərbad yoldan əsər-əlamət qalmır. İşlər tam başa çatdırıldıqdan sonra gediş-gəliş daha da rahatlaşacaq. Körpülərdə, yaşayış məntəqələrinin giriş və çıxış hissələrində ümumilikdə 3 min 200 metr məsafədə işıqlandırma sistemindən istifadə olunacaq. Mingəçevir-Bəhrəmtəpə yolunun əsas eni 12 metr təşkil edir. Asfalt hissənin genişliyi 8, sağ və sol tərəflərdəki banket hissələr isə ayrı-ayrılıqda 2 metrdən ibarətdir. Yolda aparılan əsaslı təmirin  yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur.