https://youtu.be/dpVQ9G81y0s

Cocuq Mərcanlıya ikinci köçürmə başladı

01 2018 17:28

Cocuq Mərcanlıya köçün ikinci mərhələsi başlayıb. Bu mərhələdə kəndə 100 ailə köçürüləcək. Orxan Süleymanov Cocuq Mərcanlıda doğulmasa da hər zaman ata-baba yurdunun həsrəti ilə yaşayıb. İndi isə heç bir zaman ayaq basmadığı vətininə qayıdır. Köçürmənin ikinci mərhələsində Cocuq Mərcanlı kəndinə qayıdan sakinlər artıq öz doğma yurdlarının havasını udub, suyunu içəcəklər. İndi kənddə işıq gələn evlərin sayı artacaq. İkinci mərhələdə kənddə 100 fərdi ev inşa edilib ki, həmin evlərə də ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan cocuq mərcanlılar köçürüləcək. İkinci mərhələdə  kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektlər tikilib.