Körpünün bərpasına başlanılıb

05 2018 17:37

Göyçay çayı üzrəindəki bir hissəsi uçan körpünün bərbasına başlanıb. Ərazidə tikinti briqadaları və ağır texnikaları çalışır. Hazırda əsas məqsədlərdən biri körpünün yuxarı hissəsinin sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınmasıdır. Bunun məqsədlə suistiqamətləndirici beton bəndin tikilməsi üçün hazırlıq işləri görülür. Körpü ilə bağlı əlavə işlərin də görülməsi nəzərdə tutulur. Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Urfan Mütəllimovun sözlərinə görə, bərpa işləri sutkanın gündüz vaxtlarında aparılır.