Ermənilər biçini ləngitmək istəyir

06 2018 17:40

Təmas xəttinə yaxın ərazilərdə taxıl biçininə başlansa da ermənilər öz məkrli niyyətlərindən əl çəkmir. Sakinlərin məhsul topladığını görən düşmən murdar simasını yenə də ortaya qoyur. Ermənilər atəşkəsi mütəmadi pozmaqla təmas xəttinə yaxın ərazilərdə aparılan biçin işlərinə mane olmağa çalışırlar. Təsərrüfat sahələrində işləyən insanların həyatı üçün təhlükə yaradaraq məhsulun toplanmasını ləngitmək istəyirlər.  Hazırda qarşıda duran əsas məsələ insan və məhsul itkisi olmadan taxıl biçininin tezliklə başa çatdırılmasıdır. Düşmən atəşkəsi pozsa da insanlardakı ruh yüksəkliyi ermənilərin onlara mane olmaq cəhdlərini üstələyir. Sakinlər çəkinmədən, atəş səsləri altında becərdikləri məhsulu yığırlar.Tərtər rayon Kənd Təsərrüfatı İdarəsindən də verilən məlumata görə, hazırda kombaynlar zəmilərə cəlb olunub ki, taxıl biçini vaxtında başa çatdırılsın. Bildirək ki, ermənilər bir neçə gün öncə Füzuli rayonunun Qorqan kəndi istiqamətindəki mövqelərindən taxıl sahəsində biçin işləri aparan kombaynı və onun sürücüsünü atəşə tutmuşdu.