https://youtu.be/dpVQ9G81y0s

Arxiv sənədləri üçün təhlükə!

08 2018 11:08

Arxivlər üçün yeni binalara ehtiyac yaranıb. Əgər arxiv sənədləri lazımi şəraitdə qorunmazsa məhv olma təhlükəsi ortaya çıxa bilər. Dövlət Arxivinin Göyçay filialının direktoru Əflatun Beydullayev də belə deyir. Onun sözlərinə görə, hazırda filialda 1925-26-cı illərdən bu yana aid sənədlər saxlanılır. Lakin filialın tabeliyindəki arxiv idarələri icarəyə götürülmüş binalarda fəaliyyət göstərir. Həmin binalarda isə arxiv sənədlərinin qorunub saxlanması üçün lazımi şərait yoxdur. Belə olan halda arxiv sənədlərinin məhvolma təhlükəsi yarana bilər. Arxivlərin başqa bir çətinliyi sənədlərin saxlanması üçün qutuların çatışmaması ilə bağlıdır. Arxiv idarələrindən bildirilir ki, işçi sayının da az olması onların işinə təsir göstərir. Sakinlər də tarixin daşıycıları sayılan arxivlərə hər zaman tələbatın olduğunu deyirlər. Onlar da arxivlər üçün lazımi şəraitin olmasının tərəfdarıdır.  Hazırda Göyçay arxiv filialında sənədlərin elektronlaşmasına  başlanılıb.