Təkrar əkinin faydası nədir?

13 2018 11:28

Saatlıda təkrar əkinlərin əhəmiyyəti və tətbiqi mövzusunda regional müşavi keçirilib. Yeni əkinçilik üsullarının tətbiqindən danışılıb. Təkrar əkinlərin kənd təsərrüfatının inkişafına əlavə təkan verəcəyi və bu texnologiyanın geniş tətbiqi üzrə yerlərdə texniki, təşkilati və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanıb. Müşavirədə taxıl məhsulunun itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyətindən söhbət açılıb. Təkrar əkinlərə subsidiyaların verilməsi mexanizmi, taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili, texnika, gübrə və pestisidlərlə bağlı mövcud  vəziyyət mövzularında çıxışlar olub. Məhsul istehsalçılarının təklifləri dinlənilib. Müşavirədən sonra rayonun Qaracalar kəndində məhsulu yığılmış arpa sahəsinə baxış keçirilib.