“Sonuncu zəng” çalındı

14 2018 14:45

Mərkəzi Aran və Aran Qarabağ rayonlarındakı orta ümumtəhsil məktəblərində sonuncu zəng çalınıb. Məktəbə əlvida deyən məzunlar və bütün şagirdlər üçün yaddaqalan gün olub. Bu il Kürdəmirdə 906 nəfər şagird məzun adını qazanır. Onlardan 600 nəfərə yaxını tələbə adını qazanmaq üçün ali təhsil müəsissələrinə qəbul olunmaq üçün cəhd göstərib. Tələbə adını qazanlar var. Növbəti tədris ilində rayon üzrə 1800 nəfərə yaxın uşağın birinci sinifə daxil olması praqnozlaşdırılır. Kürdəmirin Xırdapay kənd tam orta məktəbinin müəllimləri bildirir ki, təhsilə göstərilən diqqət və qayğı sayəsində nəticələr daha da uğurlu olacaq. Savadlı gənclərin sayı artacaq. Bərdə rayonunun Şorəlli kənd tam orta məktəbində də “Son Zəng” çalındı. Məzunlar üçün 11 illik məktəb həyatının son sədası olan bu zəng, onları həm sevindirdi, həm də kədərləndirdi. Müəllimlər orta məktəb həyatına əlvida deyən məzunlara uğurlar arzuladı. Məktəbə ilk addımlarını atacaq fidanlar və yuxarı sinif şagirdlərinin səsləndirdiyi şeirlər, təqdim etdikləri rəqs maraqlı anlar yaratdı.