Balıq quruda 4 kilometr gedir, 48 saat yaşayır

19 2018 14:48

Bərdəyə quruda uzun müddət yaşaya bilən balıq növü gətirilib. 6 ay ərzində 4 kiloqrama yaxın böyüyən bu canlı böyük marağa səbəb olub. “Afrika naxası” sudan çıxarıldıqdan sonra quruda 4 kilometr məsafəni qət edə bilir. Durduğu yerdə 48 saat yaşamaq gücündədir. Balığın quruda uzun müddət yaşaması artıq balıqçıların da diqqətini çəkməyə başlayıb. “Afrika naxa”larına maraq göstərən balıqçılar bu canlıların ölkəmizin daxili sularında da geniş yayılmasını istəyirlər. Suda 26-28 dərəcə temperaturda bəslənən “Afrika naxa”larının hələ ki sayının artırılması prosesi aparılır.