Kombayn çatışmazlığı yaşanır

21 2018 14:59

Bəzi rayonlarda taxıl biçini ilə əlaqədar sıxlıq yaranıb. Fermerlər çox gözləməli olmayıb. Yaranan çətinliyin səbəbləri və hansı qaydada aradan qaldırılacağına “Aqrolozinq” Açıq Səhmdar Cəmiyyətindən aydınlıq gəlib.

İmişli, Sabirabad, Ağcabədi rayonlarından olan fermerlər bol məhsul yetişdirsələr də biçini həyata keçirməkdə çətinlik çəkdiklərini bildirirlər. Təsərrüfatçılar deyir ki, əgər belə davam edərsə, çəkilən zəhmət hədər gedə bilər. Arpa sahələrdə qaldıqca məhsuldarlığı azalar.

 “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Seymur Mövlayevin sözlərinə görə, taxıl biçinində gecikməyə əlverişsiz hava şəraiti səbəb olub. Nəticədə biçinlə bağlı sıxlıq yaranıb. İdarə heyətinin sədri deyib ki, kombaynla bağlı yaranan çətinlik növbəlilik prinsipi ilə aradan qaldırılacaq.

İdarə heyətinin sədri bildirib ki, hazırda respublikada taxıl biçinini həyata keçirən 2206 texnika mövcuddur ki, bunun 632-si “Aqrolizinq” ASC-yə, qalanı isə hüquqi və fiziki şəxslərə məxsusdur.