https://youtu.be/dpVQ9G81y0s

Vətən yolunda şəhid oldu

14 2018 02:52

Ağcabədidə şəhidimizin ildönümü qeyd olunub. Şəhid gizir Polad Əliyev şəhidliyinin 13 ilində ailə üzvləri və yaxınları tərəfindən anılıb.  Şəhid Polad Nurələm oğlu Əliyev 1981-ci ildə Ağcabədi rayon Hindarx qəsəbəsində dünyaya gəlib. O, 2000-2001-ci illərdə Azərbaycan ordusunda xidmətini başa vurduqdan sonra, gizirlik təhsili alıb. Hərbi rütbə aldıqdan sonra hərbi xidmətini təmas xəttinin Tərtər istiqamətində davam etdirib. Polad Əliyev 2005-ci ildə ermənilərin təxribat xarakterli hücumunun qarşısını alarkən şəhid olub. Şəhidin anım günündə ailə üzvləri və yaxınları, onun büstünü və məzarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub.