https://youtu.be/dpVQ9G81y0s

Kəsim məntəqələri nə üçün lazımdır?

14 Oktyabr 2018 03:02

Aran Qarabağ bölgəsində ət satışı ilə məşğul olan sahibklarlar deyir ki, bazarlardakı kəsim yerləri əlverişsiz olduğundan onlar heyvanları pərakəndə şəkildə kəsərək satırlar. Bundan sonra isə alıcıları inandırmağa çalışırlar ki, kəsdikləri heyvanın ətində hər hansı problem yoxdur. Bölgələrdə yaradılacaq vahid kəsim məntəqələri bu çətinlikləri aradan qaldıracaq. İndiyə kimi heyvanların hansı şəraitdə kəsilməsindən xəbərsiz olan alıcılar bundan sonra hər şeyi öz gözləri ilə görə biləcəklər. Bu sahədə şəffaflıq təmin olunacaq. Qəssablar vahid bir məntəqədə fəaliyyət göstərəcəklər. Qida təhlükəsizliyi agentliyinin nümayəndəsi Şahid Müseyibovun sözlərinə görə, kəsimdən öncə heyvanlar müayinəyə aparılacaq. Müayinənin cavabı müsbət olduğu halda kəsimə icazə veriləcək. Vahid kəsim məntəqələrinin fəaliyyətinə yaxın bir neçə aya tam start veriləcəyi bildiririlir.