https://youtu.be/dpVQ9G81y0s

Baytarlar həyacan təbili çalır

14 2018 03:10

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti fermerlərə müraciət edir. Heyvanlar arasında Bradzot xəstəliyinin yayılma təhlükəsi var. Təhlükəli xəstəlik hesab edilən bradzot heyvanların tələfinə səbəb ola bilər. Mütəxəssislər bildirir ki, bradzotun yaxaladığı heyvan tez bir zamanda məhv olacaq. Xəstəliyin törədiciləri torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilərin də bu xəstəliyə tutulması ehtimalı qalır. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox yayılır. Baytarlar bu xəstəliyə qarşı vaksinasiya tədbirlərinin həkim nəzarəti altında həyata keçirilməsini tövsiyə edir. Bradzot xəstəliyi baş verdikdə heyvanların yeri dəyişdirilməli, yemlənməsinə fikir verməlidir. Heyvanlar köp yaradan yemlər və şehli otlarla bəslənməməlidir. Önləyici tədbirlər kimi 6 aydanbir vaksinləmənin aparılması tövsiyyə edilir.