Tərtərdə “Gizli İstiqlalçılar” filminin nümayişi olub

19 2018 15:04

Prezident yanında Bilik Fondu və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Gizli İstiqlalçılar” filmi haqqında iştirakçılara məlumat verildi. Bidirildi ki, “Gizli İstiqlalçılar” filmi Bilik Fondunun təşkilatçılığı ilə “Aran” Film Yaradacılıq Mərkəzi tərəfindən istehsal olunub. Babək Abbaszadənin rejissorluğu ilə çəkilən filmin ilk nümayişinin Tərtərdə təşkil edilməsinin də təsadüfi olmadığı vurğulandı. “Gizli İstiqlalçılar” filmi tədbir iştirakçılarına nümayiş etdirildi. Prezident yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun baş məsləhətçisi Nüşabə Hüseynli bildirib ki, belə filmlər gənclərin vətənə olan sevgilərinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bölgələrdə yaradılan bilik evləri də gənclərin inkişafında müstəsna rol oynayır. Qeyd edək ki, “Aran Film” yaradıcılıq mərkəzinin istehsalı olan “Gizli İstiqlalçılar” filmi Tərtərdən sonra Şəmkirdə nümayiş etidiriləcək.