https://youtu.be/dpVQ9G81y0s

Bu bal niyə bahadır?

21 2018 15:09

Arıçı Samir Muradov arılarını az xərc tələb edən qədim üsullarla bəsləyir. Bu şəkildə bəslənilən arılardan az məhsul əldə edilsə də, üstünlüyü balının daha keyfiyyətli olmasıdır. Ən təbii üsulla hazırlanan bu balın özünün alıcıları da var. Həm də qiyməti yüksəkdir. Arıçı deyir ki, yeşiklərdə saxlanılan arılardan fərqli olaraq köhnə üsullarla bəslənilən arıları xəstəliklərə qarşı təbii vasitələrlə dərmanlayır. Bu arılardan 10-a yaxın məhsul alır. Arıçı təsərrüfatındakı 70 arı ailəsinin sayını gələcəkdə 200-ə çatdırmaq niyyətindədir.