https://youtu.be/dpVQ9G81y0s

10 ildir kirayə boş ev axtarışında!

22 2018 15:12

10 ildir kirayə ev axtarışına çıxanlar içərisində məişət əşyaları olmayan mənzil tapmaqda çətinlik çəkir. Ev sahibləri daha çox mənfəət götürmək üçün mənzillərini boş yox, məhz dolu vəziyyətdə kirayə vermək istəyirlər. Belə olan halda isə kirayə ev axtaranları ən çox qayğılandıran boş ev məsələsi öz həllini tapmır. Ev axtaranlar deyir ki, indi kirayə təklif olunan əksər mənzillər bütün məişət əşyaları ilə dolu olur. Belə olan halda isə kirayə qalmaq istəyənlər öz şəxsi əşyalarını həmin evlərə apara bilmir. Boş ev axtarışları isə nəticə vermir. Əmlakçılar da kirayə verilən əşyasız mənzillərin azaldığını təsdiqləyir. Son 10 ildir ki, bu məsələ öz həllini tapmır. Onların sözlərinə görə bunun səbəbi kirayə mənzil verənlərin özləri ilə bağlıdır. Belə ki, içərisində bütün əşyaları olan mənzillər kirayə bazarına yüksək qiymətə çıxarıldığından ev sahiblərini də məhz daha çox qazanmaq maraqlandırır. Məsələn, əgər Mingəçevirdə 2 otaqlı, təmirli və içərisində əşyaları olan evlər 200 manatdan yuxarı qiymətə təklif edilirsə, əşyası olmayan eyni otaqlı mənzili kirayə bazarına 120-150 manata çıxarmaq mümkündür. İqtisadçılar isə kirayə bazarındakı bu vəziyyəti tələb-təklif məsələsi ilə əlaqələndirir. Ekspertlər hesab edir ki, əgər mənzil tikintisi bazarında canlanma yaranarsa kirayə bazarındakı bu problem də öz həllini tapar.