Çörək niyə çölə atılır?

27 2018 15:16

Bərdədə xeyli miqdarda xəmir açıq sahəyə tökülüb. Bu mənzərə ətrafdan keçən hər kəsi ciddi narahat edir. Xəmir çölə atılmaya bilər. Müxtəlif məhsullar hazırlamaqla  acınacaqlı mənzərinin qarşısını almaq olar.  Mütəxəssislər bərəkəti çölə atanlara müraciət edirlər. Artıq qalan xəmir yem və digər məhsullar hazırlayan müəssisələrə təhvil verilsə, problem həllini tapar.