https://youtu.be/dpVQ9G81y0s

Öd daşı xəstəliyi cavanlaşır

29 Noyabr 2018 11:57

Öd daşı xəstəliyindən əziyyət çəkənlərin sayı artır. İşin ən pis tərəfi budur ki, indi gənc yaşda insanlar öd daşı xəstəliyindən daha çox əziyyət çəkirlər. Həkimlərin tövsiyəsi var. İzləyin ki, siz də bu xəstəliyin qurbanı olmayasınız.

Həkimlər həyacan təbili çalır. Öd daşı xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artır. İndi ödüm ağrıyır ifadəsini daha çox işlədənlər əsasən 15-35 yaş arasında olan insanlardır. Elə xəstəxanalara edilən müraciətlərə nəzər saldıqda da məhz bu yaşda öd daşına görə şikayət edənlərin çoxaldığını görmək mümkündür. Maraqlısı isə budur ki, insanlar xəstəlikdən gec xəbər tuturlar-tam ağırlaşdıqdan sonra.

Problem yaradan başqa bir məsələ isə həkimə gec müraciət etdikdə aparılan müalicə tədbirlərinin effektsiz olmasıdır. Bu zaman artıq cərrahi müdaxilə lazım gəlir.

Mütəxəssislər bildirir ki, bu xəstəliyə yaxalanmamaq üçün ayaqüstü qidalardan qaçmaq lazımdır. Aparılan müşahidələr də onu göstərir ki, öd daşı xəstəliyinə bu qaydada qidalanan insanlarda daha çox rast gəlinir.

Əgər xəstələr bir balaca narahatlıq yarandıqda həkimə vaxtında müraciət etməzlərsə, nəticə daha da acınacaqlı ola bilər-ölümə nəticələnər.