https://youtu.be/dpVQ9G81y0s

Fərdi evlərin verilməsi davamlı olacaq

30 Noyabr 2018 12:00

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir. Bu ilin sonuna qədər belə imtiyazlara malik olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması prsoesi davam etdiriləcək. Gələn il üçün də planlar müəyyənləşdirilib.

 

Beyləqanın Dünyamalılar kənd sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Mayıl Əliyev bundan sonra yeni evində yaşaycaq. Rayonun Yuxarı Aran və Kəbirli kəndlərində də şəhid və Qarabağ müharibəsi əlilləri üçün tikilən evlər onların istifadəsinə verildi.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, şəhid və Qarabağ Müharibəsi əlillərinin fərdi evlərlə təminatı prosesi ilin sonuna kimi davam etdiriləcək. Gələn il də bu qəbildən olan ailələrə evlər veriləcək.

 

Hər üç kənddə inşa edilən fərdi evlərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin normal yaşaması üçün lazımi şərait yaradılıb.