https://youtu.be/dpVQ9G81y0s

Hamıdan çox valideynlər sevinir

04 Dekabr 2018 12:02

İmişli rayon Aranlı kənd 2 saylı məktəbin şagirdləri uzun illərdir bir mərtəbəli şəraitsiz binada təhsil alırlar. Müəllim və şagirdlər deyir ki, havanın soyuq vaxtında dərs keçmək daha da çətin olur.

Amma bu çətinlik çox çəkməyəcək. Gələn ildən etibarən şagirdlər tamamilə yeni binada təhsil alacaqlar. 132 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.

Buna elə ən çox sevinənlər müəllim və şagirdlərlə yanaşı həm də valideynlərdir. Onlar hesab edir ki, övladları daha yüksək səviyyədə təhsil ala biləcəklər. Şagirdlər də yeni məktəbdə daha yaxşı oxuyacaqlarına söz verirlər.

Məktəb binasının inşasının gələn ilin avqust ayında başa çatdırılması planlaşdırılıb.