https://youtu.be/dpVQ9G81y0s

Ölkədə pambıq istehsalı artıb

05 Dekabr 2018 12:06

Hazırda Saatlıda pambıq tarlalarında “ağ qızıl”ın yığımı davam edir. Sahələrdə məhsuldarlığın yüksək olması fermerlərin gəlirlərinə müsbət təsir göstərib.

Saatlıdan olan fermerlər deyir ki, məhsulun alış qiymətinin artırılması pambıqçılıqda göstəricilərin yüksəlməsinə və bu sahədə çalışan insanların öz maddi durumlarını yaxşılaşdırmağa imkan verir. Emal müəssisəsi Saatlıyla yanaşı ətraf ərazilərdən də xammal qəbul edir.

Keçən illə müqayisədə bu il tarlalardan daha çox məhsulun toplanması pambığın becərilməsində yeniliklərin tətbiqinə marağı artırıb.

Kənd təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə gələn il 100 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur.