Haqqımızda

"Yevlax TV MMC" 2 mart 2009-cu ildə yaradılmış, həmin ilin 17 iyul tarixində ELTV adı və loqotipi ilə yayıma başlamışdır. 10 may 2014-cü il tarixində "Region TV" şəbəkəsinin bir kanalına çevrilmiş və vahid proqram səbətinin tərkibində yerli yayımla fəaliyyətini davam etdirmişdir. 19 sentyabr 2016-cı ildən yeni yaradılan ARB (Azerbaijan Republic Broadcaster)-nin şəbəkəsinə və o cümlədən ARB Media Qrupa "ARB Aran" kimi daxil olmuşdur. Bir zamanlar sutkada 14-18 saat civarında yayımlanan "ARB Aran" kanalının indiki efir vaxtı 24 saatdır. Mərkəzi Aran bölgəsinə iki mənbədən - 24 və 59-cu tezliklərdə yüksək keyfiyyətli rəqəmsal yerüstü yayım aparılır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən rayon və şəhərlərin sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin keyfiyyətinin yüksəldilməsidir. Ötən illər ərzində bu məqsədlə çalışan KİV kimi "ARB Aran" öz mövqeyini xeyli möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "ARB Aran" daim tamaşaçıların zövqünü oxşamağa çalışıb. Bu məqsədlə fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrda və rəngarəng səpgidə onlarla telelayihələr hazırlanıb. Şirkətin "Nəqliyyat və təchizat", "Təsərrüfat", "Texniki və efir buraxılışı", "Layihələr" üzrə xidmət sahələri var. 2016-cı ildə yaradılmış "Aran Film Yaradıcılıq Mərkəzi" sənədli və bədii filmlərin istehsalı ilə məşğuldur. Hazırlanmış filmlər "ARB" şəbəkəsi və "ARB 24" kanalında efirə yayımlanır. Hazırda "ARB Aran" televiziyasında “Əsgər” verilişi şəbəkə yayımı üçün, “Bu səhər“ və “Bankir” verilişləri isə yerli yayım üçün istehsal olunur.

“BU SƏHƏR“

“BU SƏHƏR“ verilişi informasiya xarakteri daşıyır. Dünyada və ölkəmizdə baş verən ən önəmli  mədəni, iqtisadi, idman, əyləncəli xəbərləri tamaşaçıya operativ olaraq çatdırılır. Burada daim maraqlı və gündəmi zəbt edən mövzular müzakirə olunur. Veriliş iki hissədən ibarətdir. Birinci hissə sırf informasiya xarakteri daşıyır. Bunlardan əlavə səhər ovqatını yüksəldən müxtəlif əyləncə, idrak və maarifləndirici süjetlər təqdim olunur. Verlişin ikinci hissəsində isə ən önəmli məsələlər qonaqların iştirakı müzakirə olunur.

Efir vaxtı: Həftənin altı günü  08:00-10:00.     

“Əsgər”

“Əsgər”  verilişində  gənclərimizə hərbi-vətənpərvərlik hissi aşılanır. Burada Azərbaycan ordusunun qüdrəti, torpaq uğrunda canını fəda edən şəhidlərin qəhrəmanlığı və vətən oğullarının  igidlik səlnaməsi  əks  olunur. Telelayihə çərçivəsində  “Hərbi Hissələr”, “Şəhidlərimiz” və  “Döyüş yolu” kimi rubrikalar hazırlamaqla ölkə gənclərinin hərb sənətinə olan marağının artırılırması üçün nəzərdə tutulub.

Efir vaxtı:  Bazar günü 13:30-14:00

“Bankir”

İntellektual xarakterli  “Bankir” telelayihəsində  17 yaşdan yuxarı şəxslər yarışmaya cəlb olunur. Müxtəlif yaş qrupu arasında keçirilən yarışmanın əsas məqsədi insanların intellektual səviyyəsini, dünyagörüşünü və zehni inkişafını artırmaq, onları elmə və biliyə həvəsləndirməkdir.

Efir vaxtı: Bazar günü 18:30 – 19:30

“ARB Aran” Mərkəzi Aran və Aran Qarabağ bölgəsindən ən son xəbərləri təqdim edir. Həftəiçi hər gün bölgənin ictimai-siyasi həyatında baş verənlər, ən mühüm hadisələr ARB-nin "Ölkə Xəbər" şəbəkə informasiya buraxılışında canlı telekörpü vasitəsi ilə gündəmə gətirilir. Təmas xəttinə yaxın ərazilərdən xüsusi reportajlar hazırlanır. Televiziyamızın istehsalı olan xəbərlər şirkətin rəsmi sosial şəbəkələrdə paylaşılır.

"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixindən etibarən öz brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB ARAN" olaraq fəaliyyətini davam etdirməkdədir.